Reklam resmi
Reklam resmi

İranın nüvə silahı olmayacaq - Netanyahu

İranın nüvə silahı olmayacaq - Netanyahu
Dünya

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İran tərəfindən gələn birbaşa nüvə təhdidinin aradan qaldırılması Vaşinqton və Təl-Əvivin hərbi əməliyyatının mühüm nailiyyətidir, lakin mübarizə hələ başa çatmayıb.

Ajans.az xəbər verir ki, o bu barədə mətbuat konfransında deyib.

"Biz İsrail tarixində ən böyük hücum əməliyyatını həyata keçirdik. Biz nüvə alimlərinə zərbələr endirdik, (İran - red.) liderlərini aradan götürdük..., nüvə obyektlərini dağıtdıq, raketləri və onların istehsalı üzrə zavodların böyük əksəriyyətini məhv etdik. Biz İran iqtisadiyyatına nəhəng ziyan vurduq - bəziləri bunu yüz milyardlarla dollar, bəziləri isə hətta bir trilyon dollar dəyərində qiymətləndirir", - o deyib.

Mövzular:
ABŞ İran İsrail

Digər Xəbərlər