Reklam resmi
Reklam resmi

BBC-də kütləvi ixtisarlar

BBC-də kütləvi ixtisarlar
Dünya

Britaniya Yayım Korporasiyası (BBC) gələn həftə xəbər bölməsində yüzlərlə əməkdaşın işdən çıxarılacağını elan etməyə hazırlaşır.

Ajans.az Financial Times-a istinadən xəbər verir ki, bu addım korporasiyada həyata keçirilən genişmiqyaslı qənaət və restrukturizasiya proqramının ilk mərhələsidir. BBC rəhbərliyi yaxın illərdə ümumilikdə 2 min iş yerini ixtisar etməyi planlaşdırır.

Məlumata əsasən, korporasiya hökumət maliyyələşdirilməsindəki məhdudiyyətlər fonunda yüz milyonlarla funt sterlinq qənaət etməyi hədəfləyib. Bununla əlaqədar olaraq BBC-nin büdcəsinin təxminən 10 faiz azaldılması nəzərdə tutulur.

İxtisarlardan əlavə, şirkət əməkdaşların ezamiyyət xərclərini, xarici məsləhətçilərə ödənişləri, konfrans və mükafatlandırma tədbirlərinə ayrılan vəsaitləri də azaltmağı planlaşdırır.

BBC-nin yeni baş direktoru Mett Brittin daha əvvəl maliyyə çatışmazlığı səbəbindən işçi ixtisarlarının qaçılmaz olduğunu bildirmişdi. Fevral ayında isə Financial Times korporasiyanın növbəti üç il ərzində xərclərini yüz milyonlarla funt sterlinq azaltmağa hazırlaşdığı barədə məlumat yaymışdı.

author picture
Leyla Bayandurlu
Mövzular:
BBC Avropa Böyük Britaniya

Digər Xəbərlər