Müğənni konsertində dronu VURDU- VİDEO
Rusiyalı rok musiqiçisi Qarik Sukaçev Kareliyada keçirilən musiqi festivalında qeyri-adi davranışı ilə diqqət çəkib.
Ajans.az xarici mediaya xəbər verir ki, hadisə Petrozavodsk şəhərində yerləşən Peski aerodromunda baş tutan musiqi festivalının final hissəsində qeydə alınıb. Tədbirdə aparıcı qismində çıxış edən sənətçi konsertin çəkilişlərini həyata keçirən pilotsuz uçuş aparatına müdaxilə edib.
Şahidlərin sözlərinə görə, Sukaçev səhnədə özünü emosional aparıb. O, əvvəlcə mikrofonu kənara atıb, daha sonra kollektivdə çıxış edən qadın qarmon ifaçısını öpüb. Ardınca isə səhnə üzərində uçan dronu vurmağa çalışıb və bir neçə cəhddən sonra buna nail olub.
Tamaşaçıların iddiasına görə, musiqiçinin davranışları qeyri-adi təsir bağışlayıb. Məlumata əsasən, bir müddət sonra o, siqaret istəyib, onu səhnədə yandırıb və kötüyünü tamaşaçıların olduğu istiqamətə atıb.
Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Festival təşkilatçıları isə baş verənlərlə bağlı hələlik rəsmi açıqlama verməyiblər.
View this post on Instagram