Reklam resmi
Reklam resmi

Ərdoğan Nikol Paşinyanı təbrik etdi

Ərdoğan Nikol Paşinyanı təbrik etdi
Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyana parlament seçkilərində "Vətəndaş Müqaviləsi" partiyasının qələbəsi münasibətilə təbrik məktubu ünvanlayıb.

Ajans.az xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin aparatından məlumat verilib.

R.T.Ərdoğan regionda sülh və sabitliyin təmin olunması ilə bağlı N.Paşinyanın strateji baxışlarının uğurla həyata keçiriləcəyinə inamını ifadə edib:

"Öz adımdan və xalqım adından iyunun 7-də Ermənistanda keçirilmiş parlament seçkilərində rəhbərlik etdiyiniz "Vətəndaş Müqaviləsi" partiyasının qazandığı uğur münasibətilə sizi ürəkdən təbrik edir, hökumətin formalaşdırılması işində uğurlar arzulayıram. Regionda uzunmüddətli sülhün və sabitliyin bərqərar olması, habelə zəruri əməkdaşlığın təmin edilməsi istiqamətindəki strateji baxışınızın uğurla başa çatacağına tam əminəm".

author picture
Leyla Bayandurlu
Mövzular:
Türkiyə Ermənistan Rəcəb Tayyib Ərdoğan Nikol Paşinyan

Digər Xəbərlər