Macarıstan Ukraynaya silah verməkdən İMTİNA ETDİ
Macarıstanın yeni hökuməti Ukraynaya silah tədarük etməyəcək
Ajans.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Anita Orban almaniyalı həmkarı Yohann Vadeful ilə danışıqların yekununa dair keçirilən mətbuat konfransında bəyan edib.
"Macarıstan istənilən digər ölkənin Avropa İttifaqına (Aİ) xidmətlərə əsaslanan üzvlüyünün tərəfdarıdır. Silah tədarükünə gəlincə isə mövqeyimiz tamamilə aydındır. Biz bunu seçki kampaniyası zamanı da ifadə etmişdik. Ukraynaya silah daşınmasını dəstəkləmirik", - deyə Macarıstan XİN rəhbəri bildirib.
Mövzular: