Reklam resmi
Reklam resmi

Dnepropetrovska zərbə: 6 nəfər yaralandı

Dnepropetrovska zərbə: 6 nəfər yaralandı
Dünya

Gün ərzində Rusiya qoşunları Ukraynanın Dnepropetrovsk vilayətinin beş rayonuna artilleriya və pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməklə 40-dan çox zərbə endirib. Atəşlər nəticəsində aralarında bir uşaq da olmaqla, 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ajans.az xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja məlumat yayıb.

Ən çox zərərçəkən Nikopol rayonunda qeydə alınıb. Nikopol şəhəri, habelə Marqanets, Pokrovsk və Krasnoqriqoryevsk icmalarına endirilən zərbələr nəticəsində 4 mülki şəxs yaralanıb. Xəsarət alan 16 yaşlı yeniyetmə orta-ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, 45 yaşlı qadın, həmçinin 18 və 39 yaşlı kişilər isə ambulator müalicəyə buraxılıb. Rayonda fərdi və çoxmənzilli yaşayış binalarına, eləcə də avtomobillərə ziyan dəyib.

Mövzular:
Ukrayna Rusiya müharibə

Digər Xəbərlər