Moskvada hamilə qadının qətli ilə bağlı bir nəfər saxlanılıb.
Ajans.az Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinə istinadən xəbər verir ki, 28 yaşlı qadın şəhərin Altayskaya küçəsində yerləşən mənzildə huşsuz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılan həkimlər onun həyatını xilas edə bilməyiblər.
İlkin araşdırmalara əsasən, qadının boğularaq öldürüldüyü ehtimal edilir. Hüquq-mühafizə orqanları qətldə şübhəli bilinən şəxsi saxlayıb. Hazırda o, istintaq çərçivəsində dindirilir.
Məlumata görə, saxlanılan şəxs qadının tanışı olub və daşınmaz əmlak agenti kimi fəaliyyət göstərib.
Faktla bağlı cinayət işi açılıb, hadisənin bütün təfərrüatları araşdırılır.