Moldova MDB-ni tərk edir
MDB-nin Baş katibi Sergey Lebedev Moldovanın təşkilata üzvlükdən çıxması prosedurunun başladıldığını bəyan edib.
Ajans.az xəbər verir ki, “Müstəqil Dövlətlər Birliyinin 35 ili: nəticələr, vəzifələr, perspektivlər” mövzusunda keçirilən dəyirmi masada çıxış edən Lebedev bildirib ki, Moldova artıq bununla bağlı rəsmi bildiriş təqdim edib.
“Bu proses bir il davam edəcək. Bununla yanaşı, Kişinyovdan MDB çərçivəsində iqtisadi əməkdaşlıqda qalmaq istədikləri barədə də müraciət daxil olub”, - deyə Lebedev bildirib.
Mövzular: