İranda bu seçkilər BAŞA ÇATDI
İranda Parlament Rəyasət Heyətinə seçkilər başa çatıb. Səsvermə bu gün səhər saat 07:30-da başlayıb və bir neçə saat davam edib.
Ajans.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.
Səsvermə birbaşa qaydada keçirilib və millət vəkilləri Rəyasət Heyətinin 12 üzvünü — spiker, iki sədr müavini, altı katib və üç müşahidəçini seçiblər.
Rəsmi nəticələrin prosedurlar tamamlandıqdan sonra qısa müddət ərzində açıqlanacağı gözlənilir.
Məlumata görə, Məhəmməd Bağır Qalibaf yenidən bir il müddətinə parlamentin sədri seçilib.
Mövzular: