Reklam resmi
Reklam resmi

Məşhur aktyorun HƏYATI TƏHLÜKƏDƏ

Məşhur aktyorun HƏYATI TƏHLÜKƏDƏ
Dünya

Los-Ancelesdə dünyaca məşhur aktyor Conni Deppin malikanəsində təqibçi ilə bağlı polis müdaxiləsi baş verib.

Ajans.az “Daily Mail”-ə istinadən xəbər verir ki, polis saat 16:00 radələrində 62 yaşlı aktyorun mülkündə naməlum qadının icazəsiz şəkildə əraziyə daxil olması barədə çağırış alıb. Məlumata əsasən, qadının malikanəyə aparan yolun aşağı hissəsində yerləşən əsas girişdə olduğu bildirilib.

Hüquq-mühafizə orqanlarındakı mənbələr qadının Deppin evinə ilk dəfə yaxınlaşmadığını qeyd ediblər. Bildirilib ki, o, son günlər ərzində bir neçə dəfə əraziyə daxil olmağa cəhd göstərib və bu, qonşular arasında narahatlıq yaradıb.

Qeyd edək ki, “Radar Online” da qadının son günlərdə “tez-tez narahatlıq mənbəyinə” çevrildiyini yazıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Los-Anceles ABŞ Conni Depp

Digər Xəbərlər