Reklam resmi
Reklam resmi

Rusiyada FACİƏ

Rusiyada FACİƏ
Dünya
730

Rusiyanın Tümen şəhərində son iki həftə ərzində baş verən bir sıra müəmmalı yanğınlar nəticəsində üç tövlə yanıb, bir poni tələf olub.

Ajans.az SHOT teleqram kanalına istinadən xəbər verir ki, ilk hadisə aprelin 28-də “Lugovoe” atçılıq klubunda qeydə alınıb. Yanğın zamanı ağır xəsarət alan poni sonradan ölüb. Klub menecerinin heyvanı xilas etmək üçün dəfələrlə alovun içinə girdiyi bildirilir.

Mayın 13-də isə “Allegro” və Patruşevo ərazilərində yerləşən iki tövlədə eyni vaxtda yanğın baş verib.

At sahibləri və tövlə icarəçiləri baş verənləri “Lugovoe” klubunun yaxınlığında elit kottec qəsəbəsinin tikintisi ilə əlaqələndirirlər. Onların iddiasına görə, yeni tikilən yaşayış sahibləri tövlələrin yaxınlığı səbəbindən torpaqları daha ucuz əldə etsələr də, sonradan ərazidəki spesifik qoxunun mənzil satışına mənfi təsir göstərəcəyindən narahat olaraq bu cür hadisələrə səbəb ola bilərlər.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Heyvanlar hadisə yanğın

Digər Xəbərlər