Pakistanda terror aktı: ÖLƏNLƏR VAR
Pakistanda hərbi düşərgəyə törədilən hücum nəticəsində azı doqquz əsgər həlak olub, 20-dən çox hərbçi yaralanıb.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Xayber Paxtunxva əyalətinin Bajaur rayonunda baş verib. Minalanmış avtomobili idarə edən intiharçı hərbi bazaya daxil olaraq partlayıcı qurğunu işə salıb.
Partlayışdan dərhal sonra silahlı şəxslər əsgərlərə atəş açıb. Təhlükəsizlik qüvvələrinin cavab əməliyyatı nəticəsində hücum edənlərdən bəziləri zərərsizləşdirilib.
Mövzular: