Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş prezident Robert Köçəryanın məsuliyyətə cəlb olunmalı olduğunu və onun həbsdə olmasının zəruri olduğunu bildirib.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, hüquq-mühafizə sistemi Köçəryanla bağlı işlərə adekvat hüquqi qiymət verməlidir. Paşinyan qeyd edib ki, bu baş verməyənədək hakimiyyətin ölkədə ədalətli məhkəmə sisteminin mövcudluğu barədə ictimaiyyəti inandırması çətin olacaq.
"Mənə qarşı ən böyük ittiham, cavab verməyim çətin olan sual budur: insanlar Robert Köçəryanın niyə azadlıqda olduğunu soruşurlar", – deyə Paşinyan bildirib.
Baş nazir əlavə edib ki, o, şəxsi məsələlərin həlli üçün hakimiyyətə gəlibmiş kimi təəssürat yaratmaq istəmir və bu səbəbdən məsələ institusional səviyyədə həll olunmalıdır.