Türkiyə ixrac sənədlərində Ermənistanı alıcı kimi qeyd olunacaq
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, bundan sonra Türkiyə ixrac sənədlərində Ermənistanı da alıcı ölkə kimi qeyd edəcək.
Ajans.az xəbər verir ki, Paşinyan jurnalistlərə açıqlamasında bunun birbaşa ticarət əlaqələrinin başlanması demək olmadığını vurğulayıb. Onun sözlərinə görə, bu dəyişiklik yalnız sənədləşmə prosedurları ilə bağlıdır və Ermənistanın son təyinat ölkəsi kimi göstərilməsini nəzərdə tutur.
Baş nazir izah edib ki, əvvəlki qaydalara əsasən Ermənistan birbaşa alıcı kimi qeyd olunmurdu və mallar əvvəlcə üçüncü ölkə üzərindən rəsmiləşdirilirdi.
Paşinyan həmçinin qeyd edib ki, bu addım logistika və ixrac prosedurlarında texniki dəyişiklik xarakteri daşıyır.
Mövzular: