Netanyahu: Düşünürəm ki, sağdır, hansısa bunkerdədir
İsrailin Baş naziri Benyamin Netanyahu İranın Ali Lideri Müctəba Xameneinin sağ olduğunu bildirib.
Ajans.az xəbər verir ki, o, bu barədə "CBS News"a müsahibəsində danışıb.
Baş nazir qeyd edib ki, Xamenei hər hansısa bunkerdədir:
"Düşünürəm ki, sağdır. Amma səhhəti haqda nəsə demək bir qədər çətin olar. İndi hansısa bunkerdə, ya da gizli zonadadır. Onu deyə bilərəm ki, Müctəba Xameneinin səlahiyyəti atasından (red.- İranın mərhum Ali Lideri Seyid Əli Xamenei) xeyli azdır".
Mövzular: