CNN-in yaradıçısı VƏFAT ETDİ
CNN-in təsisçisi, amerikalı media maqnatı Ted Turner 87 yaşında vəfat edib.
Ajans.az xəbər verir ki, Turner dünya mediasında inqilabi dəyişiklik edərək 24 saat yayımlanan ilk xəbər kanalı olan CNN-i 1 iyun 1980-ci ildə təsis etmişdi. Onun yaratdığı bu model sonradan qlobal xəbər yayımının standartına çevrildi.
2018-ci ildə iş adamı demensiya xəstəliyindən əziyyət çəkdiyini və xəstəliyin tədricən irəlilədiyini açıqlamışdı. 2025-ci ilin əvvəlində isə o, yüngül pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.
Ted Turner zəngin media irsi ilə yanaşı, böyük bir ailə də qoyub. Onun beş övladı, 14 nəvəsi və iki nəticəsi qalıb.
Mövzular: