İranda müharibə bu tarixdə BİTƏCƏK
ABŞ prezidenti Donald Tramp İranla mümkün münaqişənin müddəti ilə bağlı açıqlama verib.
Ajans.az ABC News-a istinadən xəbər verir ki, Vaşinqtonun Tehranla qarşıdurmanı həll etməsi iki-üç həftə çəkə bilər. Məlumata görə, Tramp münaqişənin daha iki və ya bəlkə də üç həftə davam edəcəyini bildirib.
Ağ Ev rəhbəri əlavə edib ki, ABŞ tərəfi nizamlanma üçün konkret vaxt qrafikinə bağlı deyil.
Eyni zamanda, Tramp mayın 4-də BƏƏ ərazisinə hücumlardan sonra atəşkəsin qüvvədə qalıb-qalmaması ilə bağlı suala birbaşa cavab verməkdən imtina edib.
Bundan başqa, ABŞ lideri İranın zənginləşdirilmiş uranı ilə bağlı da danışıb. O qeyd edib ki, bu materialın istifadəyə yararlılığı sual altındadır: “O, çox da dəyərli deyil. Yəqin ki, istifadəyə yararsızdır. Onlar onu çıxara bilməyəcəklər”.
Tramp eyni zamanda həmin zənginləşdirilmiş urana nəzarəti ələ keçirmək istədiyini də vurğulayıb.