Reklam resmi
Reklam resmi

Məşhur aktrisa VƏFAT ETDİ

Məşhur aktrisa VƏFAT ETDİ
Dünya

Rusiyanın əməkdar artisti, “Əsl oğlanlar” və “Yük maşınları” serialları ilə tanınan aktrisa Natalya Mironova 55 yaşında dünyasını dəyişib.

Ajans.az xəbər verir ki, bu barədə Lısva Dram Teatrı sosial şəbəkədə məlumat yayıb. Teatrın açıqlamasında bildirilib ki, Mironovanın vəfatı kollektiv üçün böyük itkidir.

İlkin məlumata görə, aktrisanın ölümünə səbəb qan laxtalanması olub.

Teatr paylaşımında onu “istiqanlı, səmimi və hər kəsə sevgi bəxş edən insan” kimi xarakterizə edib və qeyd edib ki, o, təkcə sənətkar deyil, həm də kollektivin ruhu idi.

Natalya Mironova “Lift cədvəl üzrə yola düşür” və “Batya 2: Baba” kimi layihələrdəki rolları ilə də tanınırdı.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Natalya Mironova

Digər Xəbərlər