Məhşur dizayner VƏFAT ETDİ
ABŞ-li oyuncaq dizayneri və "He-Man və Kainatın hökmdarları" cizgi serialının məşhur personajı "He-Man"ın ortaq yaradıcısı Rocer Svit həyatının 92-ci ilində dünyasını dəyişib.
Ajans.az xəbər verir ki, R.Svit uzun müddət davam edən xəstəlikdən sonra 91 yaşında vəfat edib. O, "Mattel" korporasiyasında fəaliyyət göstərib və "He-Man" obrazının konsepsiyasını hazırlayan əsas şəxslərdən biri kimi tanınır. "He-Man" 1980-ci illərdə oyuncaqlar seriyasını, animasiya serialını və komiksləri özündə birləşdirən populyar franşizanın əsas qəhrəmanıdır.
Mövzular: