Bu ölkədə MATƏM ELAN OLUNDU
Mali hakimiyyəti ölkənin müdafiə naziri Sadio Kamaranın terroristlərin hücumları nəticəsində həlak olmasından sonra ikigünlük matəm elan edib.
Ajans.az xəbər verir ki, bu barədə hökumət nümayəndəsi İssa Usman Kulibali "ORTM" milli radioyayım şirkətinin efirində çıxışı zamanı məlumat verib.
"Dövlət naziri, müdafiə və veteranlar işləri üzrə nazir, general Sadio Kamaranın xatirəsinə aprelin 27-də saat 00:00-dan başlayaraq ölkə daxilində ikigünlük matəm elan edilib", - deyə o bildirib.
Mövzular: