Tramp: Mən pedofil DEYİLƏM
ABŞ Prezidenti Donald Tramp CBS News-a verdiyi müsahibədə ona qarşı irəli sürülən ittihamları qəti şəkildə rədd edib. Bu ittihamlar Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxsin yaydığı iddia olunan “manifest”də yer alıb.
Ajans.az xəbər verir ki, müsahibə zamanı aparıcı qeyd edib ki, hücumçu sənəddə dövlət rəsmilərini hədəf kimi göstərib və Tramp haqqında ağır ittihamlar səsləndirib. Sitatda onun “pedofil” və “təcavüzkar” kimi təqdim edildiyi bildirilib.
Buna cavab olaraq Tramp emosional reaksiya verərək bildirib: “Mən təcavüzkar deyiləm, heç kimə təcavüz etməmişəm. Mən pedofil deyiləm. Bu cəfəngiyatdır”.
ABŞ lideri əlavə edib ki, bu kimi ittihamlar əsassızdır və onu müxtəlif qalmaqallarla əlaqələndirmək cəhdləri əvvəllər də olub. O, atıcını “xəstə insan” adlandırıb və jurnalistin bu iddiaları səsləndirməsini tənqid edib.
Müsahibənin gedişində Tramp aparıcının suallarından narazı qaldığını bildirib və söhbəti vaxtından əvvəl yekunlaşdırmaq istəyib. “Bunu efirdə səsləndirməməli idiniz. Bu, utancvericidir. Gəlin müsahibəni bitirək”, – deyə o qeyd edib.