Bu ölkədə GÜCLÜ ZƏLZƏLƏ
Monqolustanın qərbində 6.8 maqnitudalı zəlzələ qeydə alınıb.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.
Məlumata görə, Bakı vaxtı ilə 8:23 baş vermiş yeraltı təkanların episentri Rusiya-Monqolustan sərhədindən təxminən 400 kilometr, Monqolustanın Çinlə sərhədindən isə 150 kilometr məsafədə yerləşib.
Mövzular: