Netanyahu XƏRÇƏNGDİR
İsrailin Baş naziri illik tibbi hesabatında bildirib ki, 2024-cü ilin sonunda onda bədxassəli prostat şişi aşkar edilib və cərrahi müdaxilə yolu ilə çıxarılıb.
Ajans.az xəbər verir ki, ölçüsü 1 sm-dən az olan şiş adi tibbi müayinə zamanı müəyyən edilib. Aparılan əlavə analizlər xəstəliyin erkən mərhələdə olduğunu və metastaz vermədiyini göstərib.
Netanyahu qeyd edib ki, 29 dekabr tarixində keçirilən əməliyyat uğurla başa çatıb və şiş tamamilə aradan qaldırılıb. Müalicə prosesi ağırlaşma olmadan yekunlaşıb.
Baş nazir əlavə edib ki, bölgədə, xüsusilə İranla davam edən hərbi gərginlik fonunda bu məlumatın ictimaiyyətə açıqlanması təxminən iki ay gecikdirilib.
O, həkimlərin ona bir neçə müalicə variantı təklif etdiyini, lakin aktiv müalicə yolunu seçdiyini bildirib. Netanyahu hazırda özünü yaxşı hiss etdiyini və tam sağaldığını vurğulayıb.
Mövzular: