Tehran ilk dəfə qazanc əldə edib
İran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib.
Ajans.az “Fars”ın xəbərinə istinadən xəbər verir ki, bunu İran parlamentinin vitse-spikeri Həmidreza Hacibabayi deyib.
Onun sözlərinə görə, Hörmüz boğazından keçən gəmilərin rüsumlarından əldə edilən gəlir ilk dəfə olaraq İran Mərkəzi Bankına köçürülüb.
Qeyd edək ki, İran hazırda ABŞ-ın blokadasının atəşkəsi pozduğunu əsas gətirərək, Hörmüz boğazını tamamilə bağlayıb.
Mövzular: