Ajans.az xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski sosial şəbəkə hesabında məlumat verib.
“Kanyenin Polşaya giriş icazəsi yoxdur. Faşizm faciəsini yaşamış bir ölkədə faşistlərə yer yoxdur”, – deyə o bildirib.
Reperin iyunun 19-na planlaşdırılan Çorzov şəhərindəki Silezian Stadionunda keçiriləcək konserti bir neçə gün əvvəl ləğv edilib. Bundan əlavə, onun Böyük Britaniyaya girişi də rədd olunub, İsveçrədə planlaşdırılan çıxışı isə baş tutmayıb.