Ajans.az xəbər verir ki, bu barədə Fars xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) düşmən tərəfin təhdidlərini reallaşdırmasına imkan verilməyəcəyini vurğulayıb.
“Bu gün biz Qərbi Asiyada xarici güclərin, xüsusilə ABŞ-ın iştirakından azad olan yeni regional nizamın formalaşması ərəfəsindəyik. Qüvvələrimiz 100 faiz hazırlıq vəziyyətindədir. İrana qarşı hər hansı təcavüz və ya hücum halında dərhal əvvəlcədən müəyyən edilmiş hədəflərə zərbələr endiriləcək və ABŞ ilə İsrailə daha sərt cavab veriləcək”, – deyə bəyanatda qeyd olunub.