Reklam resmi
Reklam resmi

Kosmosda nə baş verir? 11 alim İTKİN DÜŞÜB

Kosmosda nə baş verir? 11 alim İTKİN DÜŞÜB
Dünya

NASA, ABŞ-ın digər federal agentlikləri ilə birlikdə nüvə və kosmik tədqiqatlarla məşğul olan 11 alimin ölümü və itkin düşməsi ilə bağlı araşdırma aparır.

Ajans.az Fox News-a istinadən xəbər verir ki, layihə çərçivəsində müxtəlif sahələrə dair kompleks tədqiqatlar aparılır.

Məlumatlarda qeyd olunur ki, NASA araşdırmanın detalları ilə bağlı rəsmi şəkildə geniş açıqlama verməyib və Vaşinqtondan əlavə məlumat paylaşılmayıb. Agentlik isə ümumilikdə elmi fəaliyyətini davam etdirdiyini və yeni məlumatların mərhələli şəkildə ictimaiyyətə təqdim ediləcəyini bildirib.

Bəzi mənbələrə görə, layihə nüvə fizikası, kosmik tədqiqatlar və qeyri-adi hadisələrin öyrənilməsi kimi sahələri əhatə edir. Bununla yanaşı, tədqiqatların müəyyən hissəsinin hələ də təsnifləşdirildiyi iddia olunur.

ABŞ Konqresində də mövzu ilə bağlı suallar qaldırıldığı, araşdırmanın məqsəd və nəticələri barədə daha aydın izah tələb olunduğu bildirilir.

Hazırda NASA tərəfindən bu iddiaları təsdiqləyən və ya təkzib edən rəsmi ətraflı açıqlama verilməyib

author picture
Leyla Bayandurlu
Mövzular:
Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi ABŞ

Digər Xəbərlər