Reklam resmi
Reklam resmi

Rusiya səfiri Almaniya XİN-ə çağırıldı

Rusiya səfiri Almaniya XİN-ə çağırıldı
Dünya

Rusiyanın Berlindəki səfiri Sergey Neçayev Almaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Ajans.az xəbər verir ki, bu barədə Almaniya XİN-in X hesabında məlumat yayılıb.

Məlumatda səfirin nazirliyə çağırılmasının Rusiyanın Almaniyadakı hədəflərə qarşı birbaşa təhdidləri ilə bağlı olduğu qeyd edilib:

“Rusiyanın Almaniya ərazisindəki hədəflərə qarşı birbaşa təhdidləri Ukraynaya göstərdiyimiz dəstəyi zəiflətmək və həmrəyliyimizi sınağa çəkmək cəhdidir. Cavabımız qətidir: biz hədələr qarşısında geri çəkilməyəcəyik. Bu cür təhdidlər və Almaniyada həyata keçirilən istənilən casusluq fəaliyyəti tamamilə qəbuledilməzdir”.

Mövzular:
rusiya almaniya xin

Digər Xəbərlər