Reklam resmi
Reklam resmi

Fabrikdə PARTLAYIŞ: ÖLƏNLƏR VAR

Fabrikdə PARTLAYIŞ: ÖLƏNLƏR VAR
Dünya

Hindistanda fişəng istehsalı müəssisəsində baş verən güclü partlayış nəticəsində ən azı 25 nəfər həyatını itirib.

Ajans.az xəbər verir ki, hadisə ölkənin cənubunda yerləşən Tamil Nadu əyalətində qeydə alınıb.

Məlumata görə, partlayış zamanı fabrikdə təxminən 40 işçi olub. Güclü zərbə nəticəsində bir neçə istehsal sexi tamamilə dağılıb.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Eyni zamanda faciənin səbəblərinin araşdırılması üçün istintaq başladılıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Hindistan hadisə

Digər Xəbərlər