Reklam resmi
Reklam resmi

Moskvada QAR YAĞIB

Moskvada QAR YAĞIB
Dünya

Moskva vilayətinin bir neçə rayonuna gecə saatlarında qar yağıb.Aprelin 20-də gecə saatlarında Moskva vilayətinin bəzi ərazilərində qışa xas yağıntılar müşahidə olunub.

Ajans.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyinin məlumatına əsasən, “Phobos” hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets bildirib.

Sinoptikin sözlərinə görə, qar əsasən Domodedovo, Kaşira və Dmitrov rayonlarında qeydə alınıb.

Gecə saatlarında ölkənin digər bölgələrində də oxşar hava şəraiti müşahidə edilib. Belə ki, Nijni Novqorod və Ryazan vilayətlərində, Vladimir və Kirov vilayətlərinin cənub hissəsində, həmçinin Tula, Lipetsk və Tambov vilayətlərinin şimalında qar yağıb. Yağıntılar həmçinin Mari El və Çuvaşiya respublikalarında, Mordoviyanın qərbində, Penza vilayətində, Perm diyarında, Sverdlovsk vilayətində, Yuqranın cənubunda, Omsk və Kemerovo vilayətlərinin şimalında, Novosibirsk vilayətində və Krasnoyarsk diyarının cənubunda da müşahidə olunub.

Tişkovets əlavə edib ki, Perm diyarında dondurucu yağış qeydə alınıb. Bu cür yağıntılar xüsusilə Çermoz və Qubaxa meteoroloji stansiyalarında müşahidə edilib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Moskva qar

Digər Xəbərlər