Reklam resmi
Reklam resmi

Bu ölkənin lideri xərçəngə TUTULDU

Bu ölkənin lideri xərçəngə TUTULDU
Dünya

Kamboca Kralı Norodom Siamonidə prostat xərçəngi aşkarlanıb.

Ajans.az "Independent" nəşrinə istinadən xəbər verir ki, 72 yaşlı monarx müalicə üçün Çinə yollanacaq.

Bildirilir ki, o və anası Norodom Moninet fevralın sonunda planlı müayinələr üçün Pekinə gediblər. Xərçəngin mərhələsi barədə məlumat verilməyib.

Qeyd edək ki, Siamoninin atası Norodom Sianukda da 1993-cü ildə prostat xərçəngi aşkarlanmışdı və o, müalicədən sonra 2012-ci ilə qədər yaşayıb.

Siamoni 2004-cü ilin oktyabrında atasının taxtdan imtinasından sonra kral olub. O, daha əvvəl Kambocanın UNESCO-da səfiri kimi çalışıb və klassik balet rəqqası kimi tanınıb.

Mövzular:
Kamboca Norodom Siamoni

Digər Xəbərlər