Reklam resmi
Reklam resmi

Əfqanıstanda cinlərlə telefonla əlaqəyə görə kişi həbs edilib

Əfqanıstanda cinlərlə telefonla əlaqəyə görə kişi həbs edilib
Dünya

Əfqanıstanda cinlərlə mobil telefon vasitəsilə əlaqə saxladığını iddia edən bir şəxs həbs edilib.

Ajans.az Pajhwok xəbər agentliyinə istinadən xəbər verir ki, hadisə Kabil əyalətində qeydə alınıb. Şübhəli şəxs Əfqanıstanın Fəzilət Təbliği və Şər İşlərin Qarşısının Alınması Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata əsasən, həmin şəxs insanları cinlərin onların taleyinə təsir etdiyinə inandırıb və guya “ruhani varlıqlarla əlaqə yaratmaq” üçün vətəndaşlardan pul alıb. Nazirlik bu cür iddiaları İslam prinsiplərinə zidd olan xurafat kimi qiymətləndirib.

Qurumun açıqlamasında bildirilir ki, təkcə son bir həftə ərzində ölkənin müxtəlif vilayətlərində 24 nəfər “sehrbazlıq” və oxşar fəaliyyətlərlə bağlı ittiham edilərək saxlanılıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Əfqanıstan hadisə

Digər Xəbərlər