Reklam resmi
Reklam resmi

Ərdoğan atəşkəs qərarını alqışladı

Ərdoğan atəşkəs qərarını alqışladı
Dünya

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müharibədən sonra elan edilən və "28 fevraldan bəri bölgəni yanar bir sahəyə çevirən atəşkəsdən" məmnun olduğunu bildirib.

Ajans.az xəbər verir ki, o, atəşkəsin təxribat və ya sabotaj olmadan ciddi şəkildə yerinə yetirilməli olduğunu vurğulayıb.

Prezident atəşkəsin təmin edilməsində iştirak edən ölkələrə və tərəflərə təşəkkür edib, xüsusilə Pakistanın əsas rolunu qeyd edib.

 O, eləcə də Türkiyənin münaqişənin sülh yolu ilə həllinə sadiqliyini vurğulayıb.

 "Müharibə və münaqişələrdən bezmiş bölgənin ən qısa zamanda sülh, sabitlik və əmin-amanlıq tapacağına səmimi qəlbdən ümid edirik. Türkiyə bölgədə və dünyada sülhü təşviq etməyə davam edəcək", - deyə Ərdoğan əlavə edib.

Mövzular:
ərdoğan iran hücum atəşkəs

Digər Xəbərlər