ABŞ İranda hərbi bazanı VURDU- GÖRÜNTÜLƏR
Dünən İranın Konarək şəhərində yerləşən hərbi bazada qırıcı təyyarələr üçün nəzərdə tutulan yanacaq çənləri ABŞ qırıcılarının hücumuna məruz qalıb. Hücum axşam saat 20:20 radələrində baş verib.
Ajans.az Azad İran teleqram kanalına istinadən xəbər verir ki, hücum zamanı qırıcılara məxsus dörd böyük yanacaq çəni hədəfə alınıb və onlara ən azı dörd raket zərbəsi endirilib.
Zərbələr nəticəsində bazanın ərazisində bir neçə güclü partlayış baş verib. Görüntülərdə hücumdan təxminən 12 saat sonra da hədəfə alınan çənlərdən qalın tüstünün qalxdığı görünür.
Mövzular: