Reklam resmi
Reklam resmi

İranda İsraillə əlaqədə olan şəxslər SAXLANILDI

İranda İsraillə əlaqədə olan şəxslər SAXLANILDI
Dünya

İran hakimiyyəti İsraillə əməkdaşlıq etməkdə şübhəli bilinən bir qrup şəxsin saxlanıldığını açıqlayıb.

Ajans.az “Tasnim” xəbər agentliyinə istinadən xəbər verir ki, əməliyyat Şimali Xorasan əyalətində həyata keçirilib.

Vilayət polisinin rəisi bildirib ki, aparılan kəşfiyyat tədbirləri və texniki izləmə nəticəsində ölkənin təhlükəsizliyinə qarşı fəaliyyət göstərən və “düşmən şəbəkələri” ilə əlaqəli şəxslər müəyyən edilərək saxlanılıb.

Onun sözlərinə görə, Şimali Xorasan təhlükəsizlik qüvvələri İsrail tərəfindən idarə olunduğu iddia edilən beynəlxalq şəbəkənin agentlərinə “ciddi zərbə” endirib.

Polis rəisi əlavə edib ki, əyalətin inzibati mərkəzi olan Bocnurdda şübhəli şəxslərin aşkarlanması və saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

author picture
Leyla Bayandurlu
Mövzular:
İsrail İran

Digər Xəbərlər