Reklam resmi
Reklam resmi

İran Bəhreyndən təzminat TƏLƏB EDİB

İran Bəhreyndən təzminat TƏLƏB EDİB
Dünya

İranın BMT-dəki daimi nümayəndəsi Əmirsəid İrəvani BMT Baş katibinə və Təhlükəsizlik Şurasına rəsmi məktub ünvanlayıb.

Ajans.az “Pars Today”-ə istinadən xəbər verir ki, İran tərəfi Bəhreyn Krallığının ərazisinin İrana qarşı hərbi əməliyyatlar üçün istifadə olunmasına görə məsuliyyət daşıdığını hesab edir və buna görə təzminat tələb edir.

Sənəddə qeyd olunur: “28 fevral 2026-cı ildə İran İslam Respublikasına qarşı qanunsuz hərbi təcavüzün başlanmasından etibarən Bəhreyn Krallığının və bəzi digər qonşu ölkələrin əraziləri təcavüzkar qüvvələr tərəfindən İrana hücumlar üçün istifadə olunub”.

İran tərəfi beynəlxalq hüququn pozulduğunu vurğulayaraq məsələ ilə bağlı beynəlxalq qurumları araşdırma aparmağa və müvafiq addımlar atmağa çağırıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
İran Bəhreyn

Digər Xəbərlər