İranda İsveç vətəndaşı EDAM EDİLDİ
Bu gün İranda İsveç vətəndaşının dar ağacından asıldığı bildirilib.
Ajans.az xəbər verir ki, bununla bağlı, İsveçin xarici işlər naziri Maria Malmö Stenqard açıqlama verib.
“Bu gün İranda bir İsveç vətəndaşının edam edildiyini böyük təəssüflə öyrəndim”, - deyə, XİN başçısı vurğulayıb.
Malmö Stenqard əlavə edib ki, həmin şəxsin ötən ilin iyun ayında İran-İsrail müharibəsi zamanı həbs olunduğu bildirilir və İsveç hökuməti bu məsələni o vaxtdan etibarən müxtəlif səviyyələrdə İran rəsmiləri qarşısında qaldırıb.
Mövzular: