Reklam resmi
Reklam resmi

ABŞ Yaxın Şərqə gəmi göndərir

ABŞ Yaxın Şərqə gəmi göndərir
Dünya

ABŞ dəniz piyadaları bölmələrini daşıyan amfibiya hücum gəmisi olan USS Tripoli Yaxın Şərqə göndərir.

Ajans.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. 

Kanalın məlumatına görə, gəmi Okinavadakı Amerika bazasından yola düşüb və artıq Sinqapur sahillərinə çatıb. Gəmidə 2200-ə qədər hərbçi ola bilər.

Rəsmilər CNN-ə bölmənin Yaxın Şərqə getdiyini təsdiqləyiblər, lakin dəqiq olaraq harada yerləşdiriləcəyini açıqlamayıblar.

Mövzular:
ABŞ Yaxın Şərq Gəmi

Digər Xəbərlər