Reklam resmi
Reklam resmi

Tanınmış blogger GƏZƏ BİLMİR

Tanınmış blogger GƏZƏ BİLMİR
Dünya

Dördüncü mərhələ mədə xərçəngi diaqnozu qoyulmuş blogger Valeriya Çekalina, sosial şəbəkədə Lerçek adı ilə tanınan şəxs, şiddətli ağrı səbəbindən yeriməyi dayandırıb.

Ajans.az SHOT teleqram kanalına istinadən xəbər verir ki, xərçəng xəstəliyi onun müstəqil hərəkət etməsinə imkan vermir. Metastazların inkişafı nəticəsində onurğa sümüklərində sınıqlar və kəllə sümüyündə zədələnmələr müşahidə olunur. Eyni zamanda, bloggerin bir gözündə görmə qabiliyyətinin itdiyi bildirilir.

Valeriya Çekalina beş şüa terapiyası seansından keçəcək və hazırda tibbi müalicəsi davam etdirilir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Valeriya Çekalina Lerçek

Digər Xəbərlər