Reklam resmi
Reklam resmi

Rusiyalı deputat HƏBS EDİLDİ

Rusiyalı deputat HƏBS EDİLDİ
Dünya

Rusiyanın Norilsk şəhərində şəhər şurasının deputatı alkotester testindən imtina etdiyinə görə 10 sutkalıq inzibati həbs cəzası alıb.

Ajans.az yerli mediaya istinadən xəbər verir ki, hadisə martın 7-də, Beynəlxalq Qadınlar Günü ərəfəsində baş verib. Yol polisi əməkdaşları sərxoş vəziyyətdə avtomobil idarə etməkdə şübhəli bilinən sürücünü saxlayıblar. Lakin o, sərxoşluğun müəyyən edilməsi üçün tibbi müayinədən keçməkdən imtina edib.

Norilsk Şəhər Məhkəməsinin rəsmi məlumatına əsasən, bu səbəbdən sürücüyə 10 sutka inzibati həbs cəzası verilib. Bildirilir ki, məhkəmə qərarı hələ qüvvəyə minməyib.

Yerlı KİV-in məlumatına görə, saxlanılan şəxs Norilsk Şəhər Şurasının deputatı Dmitri Dubrovdur. Qeyd olunur ki, o, 2022-ci ildə keçmiş həyat yoldaşını onu dişlədiyinə görə məhkəməyə verməsi ilə də gündəmə gəlmişdi.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya deputat

Digər Xəbərlər