Reklam resmi
Reklam resmi

Rusiyada DƏHŞƏT

Rusiyada DƏHŞƏT
Dünya
1359

Rusiyanın Krasnodar diyarında yerləşən neft anbarında dron hücumundan sonra yanğın baş verib.

Ajans.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Labinsk şəhərinin sənaye zonasında yerləşən neft anbarında qeydə alınıb. Hücum nəticəsində obyektdə yanğın başlayıb.

Rəsmi məlumatlara əsasən, hadisə zamanı xəsarət alan olmayıb.

Bundan əvvəl Ukraynaya məxsus Telegram monitorinq kanalı Exilenova+ neft anbarına zərbə endirildiyi barədə məlumat yaymışdı. Kanal həmçinin ərazidə böyük alov sütununun göründüyünü əks etdirən görüntülər dərc edib.

Ukrayna Silahlı Qüvvələri isə hələlik sözügedən obyektə zərbə endirilməsi ilə bağlı məlumatı rəsmi şəkildə təsdiqləməyib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya neft anbarı

Digər Xəbərlər