Kubada ETİRAZLAR
Kubanın Ciego de Avila əyalətinin Moron bələdiyyəsində sakinlər uzunmüddətli elektrik kəsintiləri, ərzaq qıtlığı və ağırlaşan sosial-iqtisadi vəziyyətə etiraz edərək küçələrə çıxıblar.
Ajans.az yerli mənbələrə istinadən xəbər verir ki, aksiyalar zamanı etirazçılar Kuba Kommunist Partiyasının Morondakı qərargahına hücum edərək binanı yandırıblar.
Sosial şəbəkələrdə yayılan görüntülərdə insanların gecə saatlarında şəhər küçələrində yürüş etdiyi və “Azadlıq” şüarları səsləndirdiyi əks olunub.
Rəsmi qurumlar isə hələlik baş verən hadisələrlə və mümkün yaralılar barədə açıqlama verməyiblər.
Mövzular: