Reklam resmi
Reklam resmi

İsrail “Bəsic” postlarına zərbə endirdi

İsrail “Bəsic” postlarına zərbə endirdi
Dünya

İsrail ordusu Tehranda yerləşən “Bəsic” qüvvələrinə məxsus nəzarət postlarına zərbələr endirdiyini bildirib.

Ajans.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) yaydığı açıqlamada qeyd olunub.

Məlumata görə, “Bəsic” bölmələrinin paytaxtın müxtəlif yerlərində yol nəzarət məntəqələri qurduğu müəyyən edilib. Bildirilir ki, kəşfiyyat məlumatları əsasında son sutka ərzində İsrail Hərbi Hava Qüvvələri həmin postları və orada yerləşən qüvvələri hədəfə alıb.

Mövzular:
ABŞ İsrail İran hücum

Digər Xəbərlər