Reklam resmi
Reklam resmi

Ağ Ev ətrafında insident: Ərazi mühasirəyə ALINDI

Ağ Ev ətrafında insident: Ərazi mühasirəyə ALINDI
Dünya

ABŞ-də Ağ Evin ətrafındakı küçələr müvəqqəti olaraq bağlanıb. Buna səbəb şübhəli nəqliyyat vasitəsinin Ağ Evin qapılarına çırpılması olub.

Ajans.az xəbər verir ki, bu barədə "CBS News" nəşrinin jurnalisti Jennifer Ceykobs sosial şəbəkə hesabında məlumat verib.

Məlumata görə, avtomobil Ağ Evin şimal tərəfindəki Konnektikut-avenyu və Eyç-strit ərazisində qapılara çırpılıb. Xəsarət alanın olmadığı bildirilir.

Ağ Evin ərazisinə çox sayda hüquq-mühafizə orqanı əməkdaşı cəlb edilib.

İddia edilir ki, nəqliyyat vasitəsinin sürücüsü saxlanılıb və ABŞ Gizli Xidməti tərəfindən dindirilir.

Mövzular:
Ağ ev

Digər Xəbərlər