İspaniya İsraildəki səfirin GERİ ÇAĞIRIB
İspaniya Nazirlər Kabineti İsraildəki diplomatik nümayəndəsini geri çağırıb.
Ajans.az xəbər verir ki, bu qərar barədə İspaniya krallığının rəsmi dövlət qəzetində dərc edilən müvafiq fərmanda qeyd olunub.
Sənədə uyğun olaraq, xarici işlər naziri Xose Manuel Alvaresin təşəbbüsü ilə Ana Mariya Salomon Peres İsraildəki İspaniya səfiri vəzifəsindən kənarlaşdırılıb. Hazırda diplomatik missiyaya kimin rəhbər təyin ediləcəyi barədə əlavə informasiya verilməyib.
Mövzular: