Reklam resmi
Reklam resmi

Paşinyan Müctəba Xameneini təbrik edib

Paşinyan Müctəba Xameneini təbrik edib
Dünya

Ermənistanın Baş naziri Nikol Paşinyan Seyid Müctəba Xameneini İranın yeni ali lideri seçilməsi münasibətilə təbrik edib.

Ajans.az xəbər verir ki, bu barədə Paşinyanın Xameneiyə ünvanladığı təbrik mesajında bildirilir.

“Sizi İslam İnqilabının Ali Lideri seçilməyiniz münasibətilə təbrik edirəm”, – deyə mesajda qeyd olunub.

Paşinyan vurğulayıb ki, Ermənistan və İran arasında mövcud olan möhkəm əlaqələrin bundan sonra da inkişaf edəcəyinə inanır.

“Əminəm ki, Ermənistan və İran arasında möhkəm əlaqələr inkişaf etməyə davam edəcək və yeni uğurlar qazanacaq”, – deyə o bildirib.

Baş nazir mesajında həmçinin dost İran xalqına rifah və davamlı sülh arzuladığını qeyd edib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Ermənistan Nikol Paşinyan Seyid Müctəba Xamenei

Digər Xəbərlər