Reklam resmi
Reklam resmi

İrəvanda atışma olub - YARALI VAR

İrəvanda atışma olub - YARALI VAR
Dünya

Ermənistanın paytaxtı İrəvanda səhər saatlarında atışma səsləri eşidilib. 

Ajans.az xəbər verir ki, bu  barədə ölkənin daxili işlər nazirliyi məlumat yayıb. 

Qeyd olunur ki, İrəvanın Arabkir rayonunda naməlum şəxsin silahdan atəş açması nəticəsində bir nəfər yaralanıb. 

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları təxminən altı istifadə olunmuş patron tapıblar.  Yaralı şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb.

Digər Xəbərlər