Reklam resmi
Reklam resmi

Qırmızı dənizdə turistləri daşıyan yaxta qəzaya uğradı

Qırmızı dənizdə turistləri daşıyan yaxta qəzaya uğradı
Dünya

Misirin Marsa əl-Aləm şəhəri sahillərində Qırmızı dənizdə turist yaxtası qəzaya uğrayıb.

Ajans.az xəbər verir ki, gəminin göyərtəsində 14 ekipaj üzvü və 31 turist olmaqla 45 nəfər olub.

Qeyd edildiyi kimi, xilasedicilər zərərçəkənləri sahilə çıxarmağa başlayıb, lakin xilas edilənlərin dəqiq sayı açıqlanmayıb. Turistlərin vətəndaşlığı barədə də məlumat verilmir.

Məlum olub ki, yaxta noyabrın 24-də yola düşüb və beş gün sonra Hurqadaya enməli idi. Noyabrın 25-i bazar ertəsi səhər o, qəza siqnalı göndərib. Qəzanın səbəbləri araşdırılır.

 

author picture
Ajans_az Muxbir
Mövzular:
Yaxta Qəza Misir Qırmızı dəniz Turistlər Sahil

Digər Xəbərlər