İranda 120 saat İNTERNET YOXDUR
Ölkə hakimiyyəti internetə çıxışın məhdudlaşdırılmasını təhlükəsizlik tədbirləri ilə izah edir.
Ajans.az yerli mediaya istinadən xəbər verir ki, rəsmi dairələr mümkün iğtişaşların və kütləvi etirazların baş verə biləcəyindən narahat olduqları üçün bu addımı atıblar.
Qeyd olunur ki, internetin uzun müddət bağlı qalması ölkə daxilində informasiya axınının ciddi şəkildə məhdudlaşmasına səbəb olub. Eyni zamanda, bir sıra onlayn xidmətlərin və sosial şəbəkələrin fəaliyyəti də faktiki olaraq dayanıb.
Mövzular: