Livanda 72 nəfər öldü
İsrailin Livana endirdiyi zərbələr nəticəsində bazar ertəsindən etibarən azı 72 nəfər həlak olub, 437 nəfər yaralanıb.
Ajans.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyinə istinadən məlumat verilib.
Livanın Sosial İşlər Nazirliyi isə ölkənin cənub rayonlarından təxminən 20 min ailənin köçürüldüyünü bildirib.
Bundan əvvəl İsrail Ordusu (SAXAL) ölkə hərbçilərinin Livanın cənubunda ön müdafiə mövqeləri tutduğunu təsdiqləyib.
Mövzular: